Hindistan-Pakistan gərginliyindən ən qazanclı çıxan onlar oldu

Hindistan və Pakistan arasında artan gərginlik Asiyada müdafiə şirkətlərinin səhmlərini bahalaşdırıb.

Olaylar.az xəbər verir ki, iki ölkə arasında son toqquşmalar fonunda Asiyanın müdafiə və aerokosmik sənaye şirkətlərinin dəyəri sürətlə yüksəlib. İnvestorlar regionda müdafiə xərclərinin artacağı gözləntisi ilə bu şirkətlərin səhmlərinə böyük maraq göstərib.

Mütəxəssislər hesab edir ki, bölgədə artan hərbi risklər Asiyada müdafiə şirkətlərinə yatırımları daha da artıracaq. Təkcə 6-7 may tarixlərində Cənubi Koreya şirkəti Hanwha Aerospace səhmləri 8,8 faiz, HLB Co isə 2,4 faiz bahalaşıb. Yaponiyanın Mitsubishi Heavy şirkətinin dəyəri 1,9 faiz, HD Hyundai Heavy Industries 1,7 faiz, Sinqapurun ST Engineering 1,3 faiz, Çin şirkəti AVIC Xichr("39")an isə 1 faiz yüksəlib.

Buna qarşılıq olaraq, ABŞ və Avropa müdafiə şirkətləri bazarda fərqli nəticə göstərib. ABŞ-nin Lockheed Martin səhmləri 0,7 faiz, L3 Harris isə 0,8 faiz artıb. Avropada isə İsveçin Saab şirkəti 0,2 faiz, Fransanın Thales və İtaliyanın Leonardo şirkətləri 0,4 faiz, ABŞ-ın General Dynamics və RTX Corporation isə 0,4-0,5 faiz dəyər itirib. Almaniyanın Rheinmetall 0,7, Airbus 1,3, Britaniyanın Rolls-Royce 2, BAE Systems 2,3, Lufthansa 3,9 və Fransanın Dassault Aviation şirkətinin səhmləri isə 5,2 faiz ucuzlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31