Tramp gözlənilən əmri verdi – Gizli hazırlıq gedir

ABŞ Prezidenti Donald Tramp kəşfiyyat orqanlarına Qrenlandiya ilə bağlı tapşırıq verib.

Olaylar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" (VSJ) məlumat yayıb.

Bildirilib ki, Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi kimi qurumlar bu barədə mesajlar alıb:

"Tramp artıq məlumatlar toplamağa başlayıb. ABŞ casus peyklərindən və rabitə vasitələrinin ələ keçirilməsindən istifadə edəcək. Ağ Ev sahibi Qrenlandiyanı milli təhlükəsizlik üçün vacib hesab edir. O, adanı hərbi güclə ilhaq etmək variantını da istisna etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31