Daha bir qonşu ölkədə güclü zəlzələ oldu

Bu gün səhər saatlarında İranın şimalında yerləşən Simnan vilayətinin Şahrud rayonunda zəlzələ qeydə alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi yayıb.

Yerli vaxtla saat 08:53-də baş verən zəlzələnin gücü 5 bal təşkil edib.

Yeraltı təkanlar 9 kilometr dərinlikdə baş verib və ətraf rayonlarda da hiss olunub. İlkin məlumata görə, dağıntı və xəsarət alanlar yoxdur.

Qeyd edək ki, bu gün Rusiyanın Kamçatka diyarında da zəlzələ qeydə alınıb. Avaça körfəzi akvatoriyasında 5,1 maqnitudalı zəlzələ baş verib. Təkanlar 58 kilometr dərinlikdə qeydə alınıb və Petropavlovsk-Kamçatski şəhərinin bəzi hissələrində 3 bala qədər hiss olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31