Volodin: Qərb tarixdən Rusiyaya qarşı silah kimi istifadə edir – ÖZƏL
7 May 15:31 DünyaRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Qərb tarixə siyasi alət kimi yanaşaraq onu Rusiyaya qarşı mübarizə vasitəsinə çevirib.
Olaylar.az xəbər verir ki, bu barədə onun sözlərini Dövlət Dumasının mətbuat xidməti yayıb.
Volodinin sözlərinə görə, Avropa İttifaqı məqsədli şəkildə Sovet İttifaqının İkinci Dünya müharibəsində qazandığı qələbə statusunu şübhə altına alır, tarix faktlarını təhrif edir, Qələbə Gününü dəyərdən salır və bu yolla xalqlar arasında düşmənçilik yaratmağa çalışır.
"Brüssel Sovet İttifaqını qələbə qazanan ölkə statusundan məhrum etmək, xalqlarımız arasında nifaq toxumu səpmək istəyir. Bu, faşizmin ideoloji davamçılarını - avropalı məmurları - bəraət qazandırmaq və bu gün yaydıqları rusofobiyanı əsaslandırmaq cəhdidir," - deyə Volodin qeyd edib.
O vurğulayıb ki, Avropanın qələbə simvollarına, hərbi memoriallara və qəbiristanlıqlara qarşı apardığı kampaniya insanların tarixi obyektiv qiymətləndirməsinə mane olur və bu, zəif liderlərin həqiqətdən qorxduğunu göstərir.
Volodin həmçinin ABŞ Prezidenti Franklin Ruzveltin, Fransa lideri Şarl de Qollun və Böyük Britaniyanın baş naziri Uinston Çörçillin Sovet İttifaqı və Qırmızı Ordu barədə yüksək qiymətləndirici fikirlərini xatırladıb. O bildirib ki, bu liderlər Sovet xalqının İkinci Dünya müharibəsində göstərdiyi fədakarlığı və qələbədəki rolunu açıq şəkildə etiraf ediblər.