Zaxarova: Tramp ABŞ-ın İkinci Dünya Müharibəsindəki rolunu şişirdir– ÖZƏL
7 May 15:22 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İkinci Dünya Müharibəsindəki rolunu şişirdir və bu, tarixi təhrif etmək cəhdidir. O, Trampın hər şeyi hiperbolizə etdiyini, emosional yanaşdığını və bununla siyasi karyera qurduğunu vurğulayıb. Zaxarova əlavə edib ki, ABŞ hazırda siyasi, iqtisadi və mənəvi böhran yaşayır və amerikalılar öz tarixlərini tanımırlar.
Trampın ABŞ-ın hər iki dünya müharibəsində qələbəni təmin etdiyini deməsinə Rusiya rəsmiləri də reaksiya verib. Kreml nümayəndəsi Dmitri Peskov qeyd edib ki, faşizm üzərində qələbəyə ən böyük töhfəni SSRİ verib. Federasiya Şurasının sədri Valentina Matviyenko isə Trampın bu fikirlərini populist və tarixi faktlara əsaslanmayan bəyanat adlandırıb.