Almaniyanın maraqları naminə 9 mayda Moskvaya getməsi tövsiyə olunur- ÖZƏL
7 May 14:13 DünyaAlmaniyanın kansleri Fridrix Mertsə, Almaniya Federativ Respublikasının maraqları naminə, 9 mayda Moskvaya səfər etməlidir. Olaylar.az xəbər verir ki, bu barədə Berliner Zeitung qəzetində verilən məqalədə fikir irəli sürülüb.
Məqalədə deyilir: "O, Qərbin uzun müddətdir bağlamağa çalışdığı bir qapını açıq saxlamaq zorundadır." Yazının müəllifi Almaniya diplomatiyasının "nəzarətçi açıqlamalar və cansıxıcı mətbuat bülletenlərindən" ibarət olduğunu vurğulayır. Mertsin isə "güclü bir danışıqçı" olaraq çıxış etməli və Rusiya prezidenti Vladimir Putinə görüş təklif etməlidir.
Həmçinin, Almaniyanın Rusiya ilə gələcək iqtisadi əlaqələrini düşünməsinin vacibliyi qeyd olunur. "Rusiyada hələ də 2000-2500 alman şirkəti mövcuddur. Onlar, sanksiyalara baxmayaraq, dünyanın ən böyük ölkəsindəki bizneslərini möhkəm şəkildə saxlayırlar", - məqalədə bildirilir.