Hindistanın zərbələrindən sonra Pakistan birjasında kəskin eniş – ÖZƏL
7 May 13:30 DünyaPakistanın əsas fond indeksi çərşənbə günü 5,78% azalma ilə açılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, fond birjasındakı kəskin eniş Hindistanın ölkənin bir neçə bölgəsinə endirdiyi hava zərbələrindən bir neçə saat sonra qeydə alınıb.
"Pakistanın əsas fond indeksi çərşənbə günü Hindistanın ölkənin müxtəlif bölgələrinə zərbələr endirməsindən bir neçə saat sonra 5,78% enişlə açıldı," - deyə Reuters qeyd edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31