Çin Ukrayna münaqişəsində gərginliyin artmasının qarşısını almağa çağırır- ÖZƏL

Çin Xalq Respublikası Ukraynadakı münaqişənin eskalasiyasının qarşısının alınması üçün beynəlxalq ictimaiyyəti səy göstərməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan mətbuat konfransında danışıb. O, Ukrayna tərəfindən Rusiyanın infrastrukturlarına qarşı həyata keçirilən PUA hücumlarına münasibət bildirərkən bu açıqlamanı verib.
"Artıq beynəlxalq ictimaiyyətin əksər ölkələri Ukrayna məsələsinin siyasi yolla tənzimlənməsində özünəməxsus konstruktiv rol oynayır. Hazırda ən vacib və təxirəsalınmaz məsələ gərginliyin artmasının qarşısını almaqdır. Bütün maraqlı tərəflər bu istiqamətdə konsensus yaratmalı və münaqişənin həlli üçün lazımi şərait qurmalıdır", - deyə Lin Tszyan bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın bir sıra bölgələrinə qarşı genişmiqyaslı PUA hücumu həyata keçirib. Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri bu hücumun qarşısını alıb. Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt üzərində 9 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31