Hadisələr diqqətlə izlənilir – İki ölkə anons verdi
7 May 12:18 Dünya"Moskva Hindistan və Pakistan arasında hərbi gərginliyin artması ilə bağlı narahatdır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya terror aktlarını qətiyyətlə pisləyir, onun hər hansı təzahürlərinə qarşı çıxır. Bununla effektiv mübarizə aparmaq üçün bütün beynəlxalq ictimaiyyətin səylərini birləşdirməyin zəruriliyini vurğulayır", - deyə bəyanatda bildirilib.
Moskva həmçinin, tərəfləri təmkinli olmağa çağırıb və vəziyyətin siyasi-diplomatik vasitələrlə həll olunacağına ümid etdiyini vurğulayıb.
Paralel olaraq, Çin də Hindistanın Pakistana qarşı hərbi əməliyyata başlamasından təəssüfləndiyini açıqlayıb.
"Pekin bu cür hadisələrdən narahatdır. Hər iki ölkə Çinin qonşularıdır ", - Çin Xarici İşlər Nazirliyindən bildirilib. (Globalinfo)