Hindistan Pakistanla sərhəddə yerləşən neft emalı zavodlarında təhlükəsizliyi gücləndirir- ÖZƏL

Hindistan, Pakistanla sərhəddə yerləşən qərb ştatlarında - Qucarat, Pəncab və Racastanda yerləşən neft emalı zavodlarında təhlükəsizlik tədbirlərini gücləndirib. Olaylar.az xəbər verir ki, bu barədə "The Hindustan Times" qəzeti məlumat yayıb.
Məlumata görə, tədbirlər çərçivəsində monitorinq sistemi genişləndirilir, obyektlər maskalanır və hava hücumundan müdafiə sistemləri tam hazır vəziyyətə gətirilir. Qəzetə danışan yüksək vəzifəli məmur bildirib: "Bütün təhlükəsizlik protokolları aktivləşdirilib. Həm təhlükəsizlik xidmətləri, həm də zavod rəhbərliyi düşmən qüvvələrin hər hansı cəhdinin qarşısını almağa hazırdır". O əlavə edib ki, "bütün hava hücumundan müdafiə vasitələri maksimum hazırlıq vəziyyətindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31