Çin və Rusiya tarixi yaddaşı birgə qoruyacaq – Si Cinpin Moskvada- ÖZƏL
7 May 11:27 DünyaÇin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, Pekin və Moskva tarixi yaddaşın keşiyində qətiyyətlə dayanacaq, birgə tərəqqi yolunda irəliləyəcək və bəşəriyyətin işıqlı gələcəyini formalaşdırmaq üçün birgə çalışacaq.
Olaylar.az xəbər verir ki, bu fikirlər Çin liderinin "Keçmişin dərsləri gələcək naminə" adlı məqaləsində yer alıb. Məqalə Si Cinpinin dövlət səfəri ərəfəsində "Rossiyskaya qazeta"da dərc olunub.
"Çin və Rusiya - parlaq mədəni-sivilizasiyalı dəyərlərə malik böyük dövlətlərdir. Çin və Rusiya xalqları qəhrəman qanı daşıyan böyük xalqlardır. 80 il əvvəl biz amansız düşmən hücumlarını dəf edərək böyük bir antifəaşist müharibədə qələbə qazandıq. 80 il əvvəl baş vermiş hadisələri yad edərək şanlı ənənəni davam etdirəcəyik, suverenliyimizin, təhlükəsizliyimizin və inkişaf maraqlarımızın qorunması üçün qəti addımlar atacağıq," - deyə Si Cinpin vurğulayıb.
O, həmçinin qeyd edib ki, Çin və Rusiya beynəlxalq ədaləti qorumaq, birgə tərəqqiyə nail olmaq və bəşəriyyətin gələcəyini işıqlandırmaq üçün birgə səylərini davam etdirəcək.
Xatırladaq ki, Çin Sədri Si Cinpin Rusiya Federasiyasına dövlət səfərinə başlayıb və İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək. Bu, onun 2013-cü ildən bəri Rusiyaya 11-ci səfəridir.