Ölümcül virus yayıldı - 9 milyon insan təhlükədə
7 May 10:49 Dünya"Aspergillus fumigatus" adlı ölümcül göbələk növü yayılır.
Olaylar.az xəbər verir ki, alimlər bu patogenin Afrika və Cənubi Amerikadan şimala doğru hərəkət edərək, milyonlarla insanın sağlamlığını təhlükə altına ata biləcəyini bildiriblər.
araşdırmada qeyd olunur ki, Aspergillus fumigatus insanlarda ciddi tənəffüs problemlərinə və immun sistemi zəif olan şəxslərdə ölümcül infeksiyalara səbəb ola bilər. Alimlərin fikrincə, bu göbələyin yayılma ehtimalı qlobal istiləşmə, sənaye fəaliyyəti və transsərhəd konsolidasiyanın artması ilə bağlıdır.
Mərkəzlərdə bu cür göbələk növlərinin izlənməsinin və təhlilinin "son dərəcə çətin" olduğu bildirilib. Təcili ehtiyat tədbirlərinin görülməsinin vacibliyi vurğulanıb.
Hesabatda bildirilir ki, qlobal konsolidasiya nəticəsində bu cür ölümcül infeksiya mərkəzlərinin yayıldığı sahə 2100-cü ilə qədər 77 faiz artacaq. Xüsusilə xroniki ağciyər xəstəliklərindən əziyyət çəkənlər və immun sistemi zəif olanlar üçün bu prosesin ölümcül nəticələr doğura biləcəyi qeyd olunur.
"Bu, milyonlarla insanın sağlamlığı üçün təhlükədir. İndi tədbir görməsək, gec ola bilər," - deyə tədqiqat müəllifləri xəbərdarlıq ediblər.