İsrailə sərt mesaj: qisas sözü verildi

Yəmənin Ənsar Allah (Husi) hərəkatı İsrailin paytaxt Sənanın beynəlxalq hava limanını hədəf alan son zərbələrinə cavab verəcəyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Bildirilib ki, zərbələr nəticəsində azı 3 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Sözügedən hücumlar Yəmən xalqını blokadaya salmaq məqsədi daşıyır. Lakin İsrail və ABŞ-ın hərəkətləri Yəməni Qəzzanı dəstəkləməyə davam etməkdən çəkindirməyəcək. Təl-Əvivdən qisas alınacaq, addımları cavabsız qalmayacaq", - deyə hərəkat öz bəyanatında qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31