Vatikanda yeni papa seçkiləri naşlayır – konklav çağırılıb- ÖZƏL
7 May 10:22 DünyaBu gün, 7 may tarixində Vatikanda yerləşən Müqəddəs Pyotr Bazilikasında keçiriləcək səhər ayinindən sonra dünyadan toplanmış 130-dan artıq kardinal yeni Roma Papasının seçilməsi üçün Sistan Kapellasına yollanacaq. Olaylar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Konklavın başlaması ilə kardinal seçicilər xarici dünya ilə bütün əlaqələrini kəsəcək və yalnız yeni Papa seçiləndən sonra bu təcrid sona çatacaq. Seçkilər zamanı Sistan Kapellasının bacasından çıxacaq tüstünün rəngi bütün dünyanın diqqət mərkəzində olacaq: qara tüstü yeni Papa seçilmədiyini, ağ tüstü isə Katolik Kilsəsinin yeni rəhbərinin müəyyənləşdiyini bildirəcək.
Qeyd edək ki, bu seçim nəticəsində 267-ci Roma Papası müəyyən olunacaq.
Davam edən proses milyonlarla insanın diqqətini Vatikana yönəldib. Dünyanın gözü bir daha bu müqəddəs məkanda baş verəcək tarixi hadisəyə dikilib.