Pakistan Hindistanın 5 qırıcısını və 1 gərargahını məhv etdi

Hindistanın Pakistanın Pəncab əyalətindəki şəhərlərə və Kəşmir bölgəsinə raket zərbələri endirməsinə cavab olaraq, Pakistan Silahlı Qüvvələri əhəmiyyətli əks-hücum həyata keçirib.

Olaylar.az xəbər verir ki, yerli KİV-lərin verdiyi məlumata görə, Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus beş döyüş təyyarəsini, bir pilotsuz uçuş aparatını (PUA) və bir briqada qərargahını sıradan çıxarıb.

Bu barədə açıqlamanı Pakistan Silahlı Qüvvələrinin sözçüsü general-leytenant Əhməd Şərif Çaudri verib. Onun sözlərinə görə, hərbi əməliyyata cəlb olunan Pakistan təyyarələri və pilotları heç bir itki vermədən bazalarına geri qayıdıblar.

Məlumata görə, məhv edilən Hindistan təyyarələri arasında 3 ədəd Fransada istehsal olunmuş Rafale, 1 ədəd Su-30 İ və 1 ədəd MiQ-29 tipli qırıcı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31