ABŞ könüllü təslim olan qanunsuz miqrantlara 1000 dollar mükafat təklif edir

ABŞ hökuməti ölkəki qanunsuz miqrantlara ABŞ-ni tərk etmək qərarına gələcəkləri təqdirdə 1000 dollar pul mükafatı və pulsuz bilet təklif edib.

Olaylar.az xəbər verir ki, bu barədə BBC ABŞ-nin Daxili Təhlikəsizlik Xidmətinin rəhbəri Kristi Noemə istinadən məlumat yayıb.

"Bu, deportasiya edilmədən, həbs olunmadan Birləşmiş Ştatlar ərazisini tərk etməyin ən yaxşı, ən təhlükəsiz və ən qənaətcil yoludur", - deyə Kristi Noem bildirib.

Təklifin başqa üstünlüklərindən biri odur ki, könüllü şəkildə təslim olan və ölkəni tərk edən qanunsuz miqrantların gələcəkdə ABŞ-yə qanuni yolla qayıdışı prosesi asanlaşdırıla bilər.

DTX bildirir ki, artıq ilk "qanunsuz miqrant" bu təklifi qəbul edib və mükafat və aviabiletlə təmin olunaraq Çikaqodan Hondurasa qayıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31