Orban: Ukraynanın Aİ-yə sürətli qoşulması səhv addımdır – ÖZƏL
16:40 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) sürətli üzvlüyü düzgün qərar deyil, çünki bu ölkə İttifaq üçün yükə çevriləcək.
"Macarıstan Aİ-yə üzv oldu, çünki bu, üzv dövlətlərə fayda verdi. Ukraynanın üzvlüyü isə yaxşı razılaşma deyil, bu, səhvdir. Ukrayna əlavə dəyər yox, yükdür. Avropa vəsaitlərini Ukraynaya yox, zəifləyən Avropa iqtisadiyyatını gücləndirməyə yönəltmək lazımdır," - deyə Orban X sosial şəbəkəsində yazıb.
Hazırda Macarıstanda Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirilir. Hakimiyyət bu prosesin ölkənin gələcək taleyini müəyyən edəcəyini bildirir. Referendum mayın sonunadək davam edəcək və nəticələri Brüssel ilə məsləhətləşmələrdə əsas kimi istifadə ediləcək.