Kreml bağlanır: Bu tarixlərdə
6 May 15:55 DünyaKreml 7-9 may tarixlərində bağlanacaq.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər 9 May Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədardır. Həmin günlərdə Kremldə parad hazırlıqları və təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Qeyd edək ki, Rusiyada hər il Qələbə Günündə hərbi paradlar təşkil olunur və bu səbəbdən Kreml müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31