ABŞ-da etirazlar: Universitetin binası ələ keçirildi

Fələstin tərəfdarı olan bir qrup etirazçı Sietl şəhərində yerləşən Vaşinqton Universitetinin kampuslarından birini ələ keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə "ABC Nyus" təhsil müəssisəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bazar ertəsi yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə çərşənbə axşamı 04:00) bir neçə etirazçı universitetin binasını ələ keçirib. Etirazçılar girişləri bağlayıb, hadisə yerinə polis gəlib.

Qeyd olunur ki, aksiyanı "Fələstin Bərabərliyi və Qayıdışını Müdafiə edən Tələbələr Birliyi" adlı bir qrup fəal təşkil edib. Etirazçılar universitetdən İsraili silahla təmin edən Amerikanın təyyarə istehsalçısı "Boinq" şirkəti ilə əlaqələrini kəsməyi və onun tədris prosesinə təsirini aradan qaldırmağı tələb edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31