Vladimir Bojadze: ABŞ-la münasibətlərdə yeni dönəm gözləyirik– ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın "Gürcü Arzusu" partiyasının deputatı Vladimir Bojadze, ABŞ-ın Nümayəndələr Palatası tərəfindən qəbul edilən "MEGOBARI Aktı"nın dostluqla heç bir əlaqəsi olmadığını və əksinə, düşmənçilik əlamətləri daşıdığını bildirib. O, bu aktın "Birləşmiş Milli Hərəkat"ın maraqlarına xidmət etdiyini və ABŞ-la əlaqələrin bərpası üçün hələ də ümidli olduqlarını ifadə edib.

Bojadze bildirib ki, aktda bir çox yanlış məlumatlar və dezinformasiya yer alıb, xüsusilə Anaklia Limanı ilə əlaqəli iddialar uydurmadır. O, ABŞ Konqresinin bu qərarını səhv bir addım olaraq qiymətləndirib və ümid edir ki, bu qanun qəbul edilməyəcək.

Deputat, ABŞ Senatının və Prezident Donald Trampın qərarının gözlənilməsi lazım olduğunu qeyd edib və Gürcüstanın ABŞ-la strateji tərəfdaşlığını əvvəlki səviyyəyə qaytarmaq niyyətində olduqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31