Bu ölkə Rusiya ilə sərhədi minalayır

Litva yaxın onillikdə Rusiya və Belarusla şərq sərhədini möhkəmləndirmək üçün 1,1 milyard avro xərcləyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu məbləğin əsas hissəsi - təxminən 800 milyon avro tank əleyhinə minaların alınmasına və quraşdırılmasına xərclənəcək.

Nazirlik vurğulayıb ki, bu cür tədbirlər Rusiyadan, xüsusən də Ukraynaya qarşı müharibədə uğur qazanacağı təqdirdə mümkün təhlükələrin artmasına görə zəuridir. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31