Braziliya Ukrayna münaqişəsində vasitəçi rolunu üzərinə götürməyə hazırdır – ÖZƏL

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda vasitəçi rolunu öz üzərinə götürmək niyyətindədir. 

Olaylar.az xəbər verir ki, bu barədə o Globo qəzeti hökumət mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, prezident Lula da Silvanın yaxın günlərdə Moskvaya Böyük Vətən Müharibəsində Qələbə münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə edəcəyi səfər Braziliyanın müstəqil xarici siyasətini nümayiş etdirmək məqsədi daşıyır. Səfər zamanı Braziliya prezidenti Rusiyaya Ukrayna münaqişəsinin həlli üçün diplomatik vasitəçilik təklif edə bilər.

O Globo qeyd edir ki, Braziliya ABŞ-nin münaqişəni dayandırmaq vədi ilə bağlı nəticə əldə etmədiyini düşünür və bu səbəbdən rəsmi Braziliya vasitəçi olmaq təşəbbüsü ilə çıxış etməyə hazırdır. Eyni zamanda, Braziliya rəhbərliyi hesab edir ki, Rusiya bu münaqişənin həllində Avropa İttifaqı və ya Ukraynadan daha çox maraqlıdır.

Bundan əvvəl isə prezidentin baş məsləhətçisi Selso Amorim bildirmişdi ki, Lula da Silva Rusiyaya səfəri zamanı "sülh elçisi" kimi çıxış etmək və münaqişənin həlli üçün danışıqlara başlamaq təşəbbüslərini dəstəkləmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31