Kiyevin dəhşətli planı: hədəf siyahısı yayıldı
10:37 Dünya"Ukrayna 9 may ərəfəsində Krımda təxribatlar hazırlayır".
Olaylar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladimir Yeranosyan deyib.
O bildirib ki, Kiyev artıq hava və yerüstü pilotsuz uçuş aparatlarından istifadə etməklə yarımadaya çoxsaylı hücumlar həyata keçirir:
"Onlar Krımın hava hücumundan müdafiə sistemini sınaqdan keçirirlər. Digər mümkün hədəf Rusiyanın sərhəd əraziləridir. Lakin Ukrayna ordusu Qırmızı Meydan və ya Krım körpüsü kimi əsas hədəfləri vura bilməyəcək və hücumları üçün Qara dəniz infrastrukturundan istifadə edəcək". (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31