Tramp: Rusiya və Ukrayna münaqişənin həllində maraqlıdır – ÖZƏL

ABŞ prezidenti Donald Tramp Rusiyanın may ayında elan etdiyi atəşkəsin əhəmiyyətli olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib:

"Prezident Putin üç günlük atəşkəs elan edib. Bu, böyük görünməyə bilər, amma əslində çox şeydir - əgər siz bizim haradan başladığımızı bilsəydiniz," - deyə Tramp vurğulayıb.

Tramp əlavə edib ki, həm Rusiya, həm də Ukrayna davam edən münaqişənin həllinə çalışır. "Düşünürəm ki, neftin qiymətlərinin aşağı düşməsi fonunda Rusiya münaqişəni həll etmək istəyir. Ukrayna da bunu istəyir," - deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin qərarına əsasən, 80 illik Qələbə bayramı münasibətilə 7-dən 8 may gecə saat 00:00-dan, 10-dan 11 may gecə saat 00:00-dək bütün döyüş əməliyyatları dayandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31