Bismark: AfD-nin ifrat sağçı kimi tanınması onun reytinqini artıracaq – ÖZƏL

"Almaniya üçün Alternativ" (AfD) partiyasının ifrat sağçı təşkilat kimi tanınması onun mövqelərini daha da möhkəmləndirəcək. Olaylar.az xəbər verir ki, bu fikri "Bismark Dialoqu" layihəsinin təsisçisi, Otto fon Bismarkın nəvəsi Aleksandr fon Bismark səsləndirib. O, partiyanın reytinqinin artdığını vurğulayıb və gələn il keçiriləcək regional seçkilərdə bunun nəticələrinin görünəcəyini bildirib. 2 mayda Almaniya xüsusi xidmət orqanları AdG-ni rəsmi şəkildə ifrat sağçı təşkilat elan edib. ABŞ Dövlət Departamenti bu qərarı "tiranlıq" adlandırıb və Almaniyanı siyasi kursunu dəyişməyə çağırıb. Dmitri Medvedev isə hakim partiyaların reytinqi yüksək olan rəqibləri "ekstremist" adlandırdığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31