“Gosuslugi” fırıldaqçıları tutuldu– ÖZƏL
5 May 13:48 DünyaOlaylar.az xəbər verir ki, Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, Volqoqrad və Sverdlovsk vilayətlərində "Gosuslugi" portalına aid təxminən 1000 hesabın oğurlanmasında şübhəli bilinən şəxslər saxlanılıb. Onlar Telegram vasitəsilə hesablara müvəqqəti giriş təmin edən infrastruktur qurublar. Bu məlumatlar sonradan Ukraynada yerləşən fırıldaqçı "call-center"lərə ötürülüb və rusiyalılara qarşı istifadə olunub.
Araşdırmalara görə, 2024-cü ilin sentyabrından 2025-ci ilin martına qədər bu yolla 11 mindən çox hesab ötürülüb. Fırıldaqçılıq nəticəsində vurulan ziyan 400 milyon rubldan çoxdur.
Həbs olunanlar barəsində həbs qətimkan tədbiri seçilib. DİN əlavə edib ki, dələduzlar tez-tez yeniyetmələrin mesajlaşma hesablarını pul qarşılığında icarəyə götürür, onları onlayn oyunlar və bloqer icmalarında tapırlar. Bu hesablardan istifadə edərək insanları aldadır, şantaj edir və hətta terror aktları təşkil edirlər.