Mahmud Abbas Putinlə görüşəcək: Gündəmdə Qəzza və ikitərəfli münasibətlər var – ÖZƏL
11:20 DünyaFələstin Prezidenti Mahmud Abbas 10 may 2025-ci il tarixində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Abbasın müşaviri Mahmud əl-Habbəş TASS agentliyinə məlumat verib.
Əl-Habbəşin sözlərinə görə, görüşdə əsas müzakirə mövzuları Fələstin-Rusiya münasibətlərinin gücləndirilməsi və Qəzza zolağında yaranmış son vəziyyət olacaq. O bildirib ki, Prezident Abbas Rusiya ilə tarixi əlaqələri nəzərə alaraq, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Görüş zamanı Abbas, həmçinin, İsrailin Fələstin xalqına qarşı davam edən hücumları fonunda bölgədəki son hadisələr və Fələstin məsələsinin həlli istiqamətində mövcud prioritetlər barədə Rusiya tərəfini məlumatlandıracaq.
Qeyd edək ki, Abbas Rusiyaya 8 mayda səfər edəcək və 9 May - Qələbə Günü münasibətilə Vladimir Putini təbrik edəcək. İki lider sonuncu dəfə 2024-cü ilin oktyabrında Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammiti çərçivəsində görüşmüşdülər.