Aİ Britaniyaya miqrasiya bazalarına çıxışı rədd etdi– ÖZƏL
11:06 DünyaOlaylar.az xəbər verir ki, "The Times" qəzetinin məlumatına görə, Avropa İttifaqı Britaniyanın cinayətkarlar və qeyri-qanuni miqrasiya ilə bağlı məlumatların toplandığı Avropa bazalarına çıxış istəməsini rədd edib. Söhbət Şengen İnformasiya Sistemi (SIS) və miqrantların barmaq izlərini saxlayan Eurodac bazasından gedir. Britaniya Daxili İşlər Nazirliyi bu məlumatlardan sığınacaq müraciətlərinə baxılmasını sürətləndirmək üçün istifadə etmək istəyirdi. Qəzetin mənbəsi bildirib ki, Aİ-nin bu istəyi rədd etməsi, digər üçüncü ölkələr üçün presedent yaratmamaq məqsədi daşıyır. Rədd qərarı Britaniya tərəfini narahat edib. Xatırladaq ki, daha əvvəl The Telegraph Britaniyada 745 minə yaxın qeyri-qanuni miqrantın olduğunu bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31