İran Hindistan-Pakistan gərginliyinin azaldılmasına çalışır – ÖZƏL
5 May 10:40 DünyaOlaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkai İranın Xarici İşlər Naziri Seyid Abbas Ərakçinin bu həftə Hindistana rəsmi səfər edəcəyini açıqlayıb. Bu, onun xarici işlər naziri kimi Hindistana ilk səfəri olacaq.
Ərakçinin Pakistan və Hindistana səfəri, Hindistanın Pəlqam şəhərində baş vermiş və 26 nəfərin ölümünə səbəb olmuş son terror aktından sonra iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. İran bölgədə sabitliyi təmin etmək üçün vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31