Tramp və Karni Vaşinqtonda görüşəcək

Kanadanın Baş naziri Mark Karni çərşənbə axşamı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini açıqlayıb. 

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Karni bildirib ki, görüş zamanı ABŞ-Kanada münasibətləri, xüsusilə də gömrük rüsumları və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

"Prezident Tramp və mən gələn çərşənbə axşamı Vaşinqtonda görüşmək barədə razılığa gəldik. Biz təcili ticarət təzyiqlərinə və iki suveren ölkəmiz arasında gələcək iqtisadi və təhlükəsizlik əlaqələrinə diqqət yetirəcəyik", - Kanadanın baş naziri bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31