TikTok Aİ-nin 530 milyon avroluq cəriməsinə qarşı apellyasiya verəcək
3 May 13:41 DünyaTikTok platformasının sahibi olan Çinli ByteDance şirkəti Avropa İttifaqının adından çıxış edən İrlandiya tənzimləyicisinin tətbiq etdiyi 530 milyon avro məbləğindəki cəriməyə qarşı hüquqi mübarizə aparacaq.
Olaylar.az-ın məlumatına görə, bu barədə Belçikanın "Soir" nəşri xəbər yayıb.
TikTok-un Avropadakı sözçüsü Kristin Qran məsələyə münasibət bildirərək qeyd edib ki, xidmət heç vaxt avropalı istifadəçilərin şəxsi məlumatlarını Çin hakimiyyətinə ötürməyib və bu barədə onlara hər hansı rəsmi sorğu daxil olmayıb.
Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası TikTok-un avropalı istifadəçilərə aid məlumatları Çində yerləşdirməsini aşkar etdikdən sonra şirkəti cərimələyib və altı ay müddətində məlumatların işlənməsi praktikasını Aİ-nin tələblərinə uyğunlaşdırmağı tələb edib.