Serbiya prezidenti ABŞ səfərini yarımçıq qoyub

Serbiya prezidenti Aleksandr Vuçiç xəstələnməsi ilə əlaqədar ABŞ-yə etdiyi rəsmi səfəri yarımçıq qoyub.

Olaylar.az xəbər verir ki, bu haqda "Bloomberg" yazır.

Materialda qeyd olunur ki, mayın 2-də serb dövlət başçısı özünü pis hiss etməyə başlayıb. Ardınca o həkimlərlə məsləhətləşib və ona Belqrada geri dönməyi tövsiyə ediblər. Hal-hazırda Vuçiçin səhhətinin hansı vəziyyətdə olduğu barədə məlumat verilmir.

Bundan əvvəl Vuçiçin amerikalı həmkarı Donald Trampla görüşü planlaşdırılırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31