Ermənistanda zəlzələ oldu
2 May 16:27 DünyaDünən səhər saatlarında Ermənistan ərazisində yeraltı təkanlar olub.
Olaylar.az xəbər verir ki, zəlzələ Qeqarkunik vilayətinin Qavar şəhərindən təxminən 13 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Ermənistanın Seysmoloji Xidmətinin verdiyi rəyə görə, zəlzələnin episentrində təkanların gücü 3-4 bal arasında dəyişib.
Zəlzələ təkcə Ermənistanın bəzi bölgə və kəndlərində deyil, eyni zamanda Azərbaycanın sərhədə yaxın yaşayış məntəqələrində də hiss olunub. Həmin ərazilərdə təkanların gücü 2-3 bal səviyyəsində qiymətləndirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31