Volodin: Avropa ölkələri totalitar rejimlərə çevrilir – ÖZƏL
2 May 15:53 DünyaRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa ölkələrinin getdikcə totalitar rejimlərə çevrildiyini bildirib.
Olaylar.az xəbər verir ki, o, bu fikrini Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) partiyasının "sağ radikal" kimi tanınmasına münasibət bildirərkən öz Telegram kanalında yazıb.
"Bu gün Almaniya, Fransa, Rumıniya və Moldovada ən populyar siyasətçilər məhkəməyə verilir, partiyalar isə qadağan edilir. Avropa ölkələri artıq qeyri-populyar siyasətçilərin və partiyaların idarə etdiyi totalitar rejimlərə çevrilir," - deyə Volodin bildirib.
O Fransa siyasətçisi Marin Le Penin reytinqlərdə Prezident Emmanuel Makronu geridə qoyduqdan sonra 5 il müddətinə seçki hüququndan məhrum edildiyini və ona qarşı cinayət işi açıldığını da xatırladıb.
Volodin həmçinin qeyd edib ki, ötən il Rumıniyada seçkilərdə qalib gələn müxalifət nümayəndəsi Kəlin Corceskunun nəticələri ləğv edilib və o, növbəti seçkilərə buraxılmayıb. Moldovada isə Avropaya inteqrasiyanı dəstəkləməyən Qaqauz muxtariyyətinin rəhbəri Evgeniya Qutsulun parlament seçkiləri ərəfəsində həbs olunduğunu vurğulayıb.
"Avropada demokratiya, rəqabət, xalqın iradəsi və hüquq azadlıqlarına əsaslanan siyasi sistem artıq keçmişdə qalıb," - deyə Volodin əlavə edib.