Ukraynada müharibə tezliklə bitməyəcək - Vens
2 May 12:36 DünyaUkraynadakı müharibə tezliklə başa çatmayacaq.
Olaylar.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
"Tramp administrasiyası Rusiya və Ukraynaya münaqişəni sona çatdırmaq üçün kompromis tapmaqda necə kömək etmək sualı ilə üzləşib, lakin hər iki tərəfin ağıllanacağına ümid edir. Bəli, əlbəttə ki, ukraynalılar işğala görə qəzəblidir, amma irəli və ya geri bir neçə mil uğrunda minlərlə əsgəri itirməyə davam etməyə dəyərmi? Ümid edirəm ki, hər iki tərəfin ağlı başına gələcək. Yekun qərarı hər iki tərəf: Ukrayna və Rusiya verməlidir, Tramp bunu onlar üçün edə bilməz", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31