ABŞ: Rusiya və Ukrayna birbaşa danışıqlara başlamalıdır- ÖZƏL

Amerika Birləşmiş Ştatları Rusiya və Ukrayna arasında vasitəçi rolunu oynamaqdan imtina etdiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryusun sözlərinə görə, Vaşinqton artıq bu prosesdə birbaşa iştirak etməyi planlaşdırmır və tərəfləri birbaşa danışıqlara çağırır.
"Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Artıq vasitəçi olmayacağıq... Bir görüşə vasitəçilik etmək üçün dünyanın o başına uçmaq niyyətində deyilik. Bu məsələ iki tərəf arasında həll olunmalıdır. İndi onlar üçün konkret ideyalar təqdim etmək və bu münaqişəyə son qoymağın yollarını işləyib hazırlamaq üçün ən doğru zamandır", - deyə Dövlət Departamentinin yaydığı brifinqdə Bryus bildirib.
O, əlavə edib ki, ABŞ sülh prosesini dəstəkləməyə davam edəcək və mümkün olan hər şeyi edəcək: "Dünyanın başqa bölgələri də var ki, onların da diqqətimizə ehtiyacı var."
Temmi Bryus həmçinin qeyd edib ki, ABŞ hələlik Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi planlaşdırmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31