Aİ Rusiyanı təhlükə kimi göstərir– ÖZƏL
2 May 10:55 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanı qəsdən "təhlükə" kimi göstərir. Məqsəd - Ukraynaya ayrılan böyük maliyyə vəsaitlərini və Moskva ilə iqtisadi əlaqələrin pozulmasını əsaslandırmaqdır.
Onun sözlərinə görə, bu siyasət nəticədə Avropanı zəiflədir və Aİ-nin gələcəklə toqquşmasına səbəb olur. Puşkov, Aİ-nin özünü idarəetməni itirmiş bir qatar kimi apardığını bildirib.
Xatırladaq ki, daha əvvəl Avstriyanın sabiq xarici işlər naziri Karina Knaysl da demişdi ki, ABŞ-ın hərbi dəstəyi olmadan Aİ Ukraynanı dəstəkləyə bilməz.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31