Han Duk su istefa verdi
13:49 DünyaCənubi Koreyada keçiriləcək prezident seçkiləri öncəsi baş nazir vəzifəsini icra edən Han Duk su istefa verib.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, o, prezident səlahiyyətlərini d müvəqqəti icra edirdi.
Han Duk su istefası ilə bağlı verdiyi açıqlamada bildirib:
"Daşıdığım məsuliyyətin ağırlığını və belə bir qərarın nə dərəcədə doğru və qaçılmaz olduğunu nəzərə alaraq qərara gəldim ki, əgər yeganə yol budursa, bu addımı atmalıyam".
Qeyd edək ki, ölkənin keçmiş prezidenti Yun Suk Yeol vəzifəsindən uzaqlaşdırıldıqdan sonra prezident səlahiyyətləri Han Duk-su tərəfindən icra olunurdu.
Cənubi Koreyada prezident seçkiləri 3 iyun 2025-ci il tarixinə təyin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31