Mask “Tesla”dan getməsi ilə bağlı şayiələrə aydınlıq gətirib
10:50 Dünya"The Wall Street Journal" qəzetində "Tesla" şirkətinin yeni baş direktor axtarışına başladığı barədə yayımlanan məqalə həqiqəti əks etdirmir.
Olaylar.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask öz "X" səhifəsində məlumat paylaşıb.
"O qədər ciddi etik pozuntudur ki, "The Wall Street Journal" bilərəkdən yalan məlumat dərc edib və "Tesla" Direktorlar Şurasının aydın təkzibini məqaləyə daxil etməyib", - deyə o vurğulayıb.
Bundan öncə WSJ yazmışdı ki, "Tesla"nın Direktorlar Şurası İlon Maskın yerinə baş direktor təyin etmək üçün axtarışlara başlayıb. İddiaya görə, Direktorlar Şurasının üzvləri bir neçə rəhbər axtarışı üzrə ixtisaslaşmış şirkətlə əlaqə quraraq, yeni baş direktorun seçilməsi üçün rəsmi prosesin hazırlanmasını istəyiblər.