Tramp yumurta qiymətlərinin azalmasını özünün mühüm uğurlarından biri hesab edir –ÖZƏL
12:16 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, prezidentliyinin ilk 100 günü münasibətilə keçirilən mitinqdə yumurta qiymətlərinin azalmasını özünün əsas nailiyyətlərindən biri kimi qiymətləndirib. O, ilk həftələrində yumurta qiymətləri üzündən tənqidlərə məruz qaldığını qeyd edib.
Trampın sözlərinə görə, prezidentlik dövrü ərzində yumurtanın qiyməti ABŞ-da Pasxa ərəfəsində 87% azalıb. Bundan başqa, o, benzinin, ərzaqların və dərmanların qiymətlərinin də azaldığını əlavə edib.
2025-ci ilin əvvəlində ABŞ-da quş qripi səbəbilə yumurta çatışmazlığı yaranmış və bu da qiymətlərin artmasına səbəb olmuşdu. Yumurta istehsalçıları assosiasiyasının rəhbəri Dani Yergen Niberg Larsen, Vaşinqtonun Avropadakı hər bir ölkədən yumurta tədarükü istədiyini bildirmişdi.