Donald Tramp: Çin 145%-lik gömrük rüsumlarına layiqdir – ÖZƏL
30 Aprel 11:22 DünyaABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin mallarına tətbiq olunan 145%-lik gömrük rüsumları tamamilə əsaslıdır.
Olaylar.az xəbər verir ki, o bu fikrini ABC telekanalına verdiyi müsahibədə səsləndirib.
Müsahibə Trampın ikinci prezidentlik müddətinin ilk 100 gününə həsr olunub.
"Bu yaxşıdır. Onlar buna layiqdirlər", - deyə Tramp aparıcının 145%-lik rüsumların Çin üçün faktiki olaraq ticarət embarqosu demək olduğunu xatırlatmasına cavab verib. ABŞ prezidenti əlavə edib ki, rüsumlar tətbiq olunmamışdan öncə Çin "ABŞ-dən ildə 1 trilyon dollar qazanırdı".
"145%-lik rüsumlarla onların ABŞ ilə biznes aparmaq imkanları faktiki olaraq qalmır", - deyə Tramp qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31