İlon Mask Ağ Evdə daha az görünür: Uzaqdan işləməyə keçib- ÖZƏL
30 Aprel 2025 11:01 DünyaABŞ hökumətində işin səmərəliliyinin artırılması üzrə departamentin kuratoru İlon Mask artıq demək olar ki, tamamilə uzaqdan işləməyə keçib. Olaylar.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.
Məlumata görə, onun işə fiziki olaraq gəlməməsi ilə bağlı əvvəllər heç bir açıqlama verilməmişdi. Ağ Evin əməkdaşlar aparatının rəhbəri Syuzan Uayls deyib: "Biz telefonla danışırıq, təsiri eynidir. Sadəcə olaraq, o əvvəlki qədər tez-tez fiziki olaraq burada olmur".
Qeyd edək ki, The Washington Post aprelin 21-də yazmışdı ki, İlon Mask sol siyasi qüvvələrin təzyiqlərindən yorulduğuna görə ABŞ administrasiyasından ayrılmağı planlaşdırır. Maskın rəhbərlik etdiyi departamentin qəbul etdiyi tədbirlər minlərlə əməkdaşın işdən çıxarılmasına və bir çox maliyyə yardım proqramlarının dayandırılmasına səbəb olub.
Hazırda bu məsələ ABŞ-da geniş müzakirələrə yol açıb.