Aİ Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirir – ÖZƏL
16:55 DünyaAvropa İttifaqı Gürcüstanda davam edən demokratik geriləmə və insan haqları vəziyyətinin pisləşməsi fonunda müxtəlif tədbirləri nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kos "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, mümkün tədbirlər arasında viza liberallaşmasının dayandırılması, Gürcüstana namizəd statusunun dondurulması və Dərin və Hərtərəfli Azad Ticarət Sazişinə (DCFTA) yenidən baxılması var.
Kos bildirib ki, Aİ Gürcüstan xalqını cəzalandırmadan tədbir görməkdə ehtiyatlı davranır. O, Gürcüstan hakimiyyətinin Avropa dəyərlərinə zidd qanunlar qəbul etdiyini, lakin Aİ-nin Gürcüstanı itirməsini qəbul edə bilməyəcəyini vurğulayıb.
Kos əlavə edib ki, Aİ daxilində yekdillik çatışmazlığı səbəbindən ortaq sanksiyalar tətbiq olunmasa da, bəzi üzv dövlətlər artıq Gürcüstan rəsmilərinə qarşı fərdi sanksiyalar tətbiq ediblər.
Gürcüstanda etirazlar artıq 153 gündür davam edir. Aİ yanvarda Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi dayandırıb və yüksək səviyyəli görüşlər dondurulub.