Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır – ÖZƏL
29 Aprel 14:55 DünyaMacarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BMC) çıxması barədə qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Siyyarto məlumat verib.
Nazirin sözlərinə görə, Macarıstan bu addımla "obyektivliyini və nüfuzunu itirmiş siyasi institutun" bir hissəsi olmaqdan imtina edir. Qanun layihəsinin təsdiqlənməsi ilə Macarıstanın BMC-dən çıxma prosesi rəsmən başlayır və qərar bir il sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban daha əvvəl BMC-nin son illərdə siyasi xarakter aldığını və artıq neytral qurum olmadığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31