Tokiodan xəbərdarlıq: Ukrayna 1945-ci ildəki Yaponiya taleyini yaşaya bilər– ÖZƏL
14:37 DünyaOlaylar.az xəbər verir ki, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Muneo Sudzuki bildirib ki, əgər Ukrayna aqressiv ritorikadan imtina etməzsə, ölkə İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın taleyini yaşaya bilər. Bu barədə o, sosial şəbəkədə paylaşım edib.
"İstəməzdim ki, Ukrayna Yaponiyanın taleyini təkrarlasın. Ukrayna öz mövqeyini anlamalı, yersiz bəyanatlardan çəkinməli və sakit, ardıcıl şəkildə danışıqlara getməlidir", - deyə Sudzuki yazıb.
Deputat, həmçinin Ukrayna lideri Volodimir Zelenskinin davranışına təəccüb etdiyini qeyd edib. Onun sözlərinə görə, Zelenski tez-tez real vəziyyəti dərk etmədən, ölkəsinin təkbaşına qalib gəlməsinin mümkünsüz olduğunu bilə-bilə, çox sərt və yüksək tonlu bəyanatlar verir.
Xatırladaq ki, daha əvvəl Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan etmişdi: Kiyev, hərbi vəziyyəti və səfərbərliyi uzatmaqla, "dayanıqsız sistemini" qorumağa çalışır.