Paşinyan: “Ermənistan xarici siyasətdə balans axtarır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi xarici siyasətini yalnız bir istiqamətə əsaslandırmır, əksinə, düzgün balanslar tapmağa və qurmağa çalışır.

"Biz beynəlxalq tərəfdaşlarımızla, xüsusilə də region ölkələri - Azərbaycan, Türkiyə ilə münasibətləri tənzimləmək, Gürcüstan və İranla əlaqələri inkişaf etdirmək istəyirik. Eyni zamanda Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək arzusundayıq", - deyə o qeyd edib.

Paşinyan ümid etdiyini bildirib ki, artıq başlanan Aİ ilə vizasız rejimə keçid prosesi vaxtında yekunlaşacaq. Onun sözlərinə görə, Ermənistanın Aİ-yə qoşulma prosesini işə salan yeni qanunun qəbulu ölkədə demokratik islahatlara əlavə stimul verəcək.

Baş nazir qeyd edib ki, xarici siyasət istiqamətləri arasında gərginliklər yarandığı hallarda bu vəziyyətdən çıxış yolu Ermənistanın bütün tərəfdaşlarına qarşı şəffaf və açıq siyasət yürütməsindədir. O vurğulayıb ki, Ermənistanın həyata keçirdiyi siyasətdə və onun səbəblərində "qaranlıq məqamlar" olmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31