Kreml: 30 günlük atəşkəs üçün bütün məsələlər razılaşdırılmalıdır – ÖZƏL
12:35 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin 30 günlük atəşkəslə bağlı təklifinə münasibət bildirərək bildirib ki, bu yalnız bütün zəruri məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. O, Prezident Vladimir Putinin də bu mövzuya Kremlin açıqlamalarında toxunduğunu xatırladıb.
Qeyd edək ki, Putin 7-11 may tarixlərində, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə müvəqqəti atəşkəs elan edib. Zelenski isə buna cavab olaraq ən azı 30 günlük atəşkəs təklif edib. Rusiya 2022-ci ilin fevralında Ukraynada hərbi əməliyyatlara başlayıb və məqsəd kimi Donbas əhalisinin qorunmasını göstərib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31