Tramp 100 günlük fəaliyyətini “tarixi nailiyyət” adlandırdı- ÖZƏL 

ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilk 100 günü ərzində əldə olunan nəticələri "tarixi nailiyyətlər" kimi qiymətləndirib. Olaylar.az xəbır verir ki, o, bu barədə Truth Social sosial şəbəkəsinda paylaşım edib.

"İlk 100 günümüzə yaxınlaşdıqca qürurla bildirirəm ki, Prezidentin Kadrlar İdarəsi Ədliyyə Nazirliyi, Dövlət Departamenti, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Veteran İşləri Nazirliyi və Ticarət Nazirliyi də daxil olmaqla əsas departamentlərimizdə siyasi təyinatların 80 faizdən çoxunu təsdiqləyib," - deyə Tramp bildirib.

Prezident qeyd edib ki, administrasiyası əvvəlki bütün rəhbərliklərin rekordlarını geridə qoyub: "Ən ixtisaslı və çalışqan vətənpərvərləri işə götürməyə davam edəcəyik ki, ölkəmizi Qızıl Dövrə daşıyaq."

Tramp hakimiyyətə gəldikdən sonra dövlət aparatının səmərəli idarə olunmasına yönəlmiş kampaniyaya start verib. Bu məqsədlə milyarder İlon Maskın rəhbərliyi ilə Dövlət İdarəçiliyinin Səmərəliliyi Departamenti (DOGE) yaradılıb. Departamentin əsas funksiyası dövlət xərclərinin qeyri-effektiv hissələrinin azaldılmasıdır.

CNN-in hesablamalarına görə, Trampın prezidentliyinin ilk üç ayında ABŞ-də 121 min dövlət qulluqçusu işdən çıxarılıb.

Qeyd edək ki, ABC News, Washington Post və Ipsos-un birgə keçirdiyi sorğuya əsasən, Tramp ABŞ tarixində ilk 100 gündə ən aşağı dəstək reytinqinə sahib olan prezident olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31