Pekin: ABŞ-ın aviasiya siyasəti qlobal bazarı dağıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin ABŞ-ı aviabazarda tətbiq etdiyi gömrük tariflərinə görə tənqid edib. Pekin bildirir ki, bu "ticarət dəyənəyi" siyasəti qlobal hava daşımaları bazarını destabilizasiya edir və ABŞ-ın öz şirkəti Boeing-ə də zərbə vurur. Çin aviakompaniyaları artıq Boeing təyyarələrinin qəbulunu və ehtiyat hissələrinin alınmasını dayandırır. Pekin hesab edir ki, Vaşinqton bu siyasətlə öz biznesinə ziyan vurur və Airbus-un mövqeyini gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31