Qondarma Arsaxda yeni "prezidentliyə" namizəd ortaya çıxdı - ÖZƏL
10:54 DünyaOlaylar.az xəbər verir ki, 21 may tarixində qondarma Arsaxın prezidenti Samvel Şahramanyanın səlahiyyət müddəti başa çatır. Mövcud siyasi və hərbi vəziyyət səbəbindən yeni prezident seçkilərinin keçirilməsi mümkün olmadığından, son konstitusiya dəyişikliyinə əsasən, bundan sonra prezident parlament tərəfindən seçiləcək. Mövcud prezident vəzifəsindən istefa verdikdən sonra yeddi gün ərzində namizədlər irəli sürülməlidir.
Samvel Babayanın komandasında onun namizədliyinin irəli sürülməsinə böyük istək olsa da, Babayan özü prezidentliyə namizədliyini vermək niyyətində olmadığını bəyan edib. Hazırkı prezident Samvel Şahramanyan isə hələ də qərarını açıqlamayıb.
Bu arada siyasi çevrələrdə yeni bir ad daha tez-tez hallanmağa başlayıb - İcevan mənşəli Hayk Hanumyan. Müharibədən sonra Arsaxın Ərazi İdarəetmə və İnfrastruktur naziri vəzifəsini icra edən Hanumyan son illərdə siyasi aktivliyi ilə diqqət çəkib. Onunla əlaqə qurmaq mümkün olmasa da, mövcud məlumatlara əsasən, Hanumyanın namizədliyi Babayanın komandası üçün də məqbul sayılır.